Leventi qınadı, özü oğluna baxmadığı üçün tənqid olundu

Leventi qınadı, özü oğluna baxmadığı üçün tənqid olundu
328 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir ABŞ-də yaşayan keçmiş aktyor Tolqa Karel "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan Haluk Levent haqqında sərt açıqlamaları ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, Karelin sosial şəbəkədə yaydığı fikirlər izləyicilər tərəfindən tənqid olunub. Keçmiş aktyor ifaçını qınayarkən, özü də sosial şəbəkə istifadəçilərinin hədəfinə çevrilib. İzləyicilər onun kimisə "vicdansız" adlandırmağa haqqı olmadığını bildiriblər.

Şərh yazanların əksəriyyəti Tolqa Karelə model Günay Musayevadan olan oğlu Cahangiri xatırladıb. Onlar aktyorun övladı ilə maraqlanmadığını, atalıq məsuliyyətini yerinə yetirmədiyini yazaraq, başqalarını tənqid etməsinin doğru olmadığını vurğulayıblar.

Bəzi izləyicilər isə aktyorun rol aldığı "Yaprak Dökümü" serialındakı obrazına eyham vurublar. Onlardan biri "Ali Rza bəyin iki qızını da aldadan sən deyildin? Danışma..." şərhini yazıb.

Tolqa Karel isə həmin şərhlərdən birini paylaşaraq bunları qeyd edib:

"Mənim çox sevdiyim bir söz var: "Həqiqətin artıq heç bir önəmi yoxdur. Çünki hamı inanmaq istədiyinə inanır".

Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 5 övladı var.