Aktyor İbrahim Çingiz rol aldığı "IV divar" serialının çəkilişlərini başa vurub.
Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, 4 ay davam edən çəkilişlərdən sonra serial heyəti ilə vidalaşdığını bildirib. Aktyor bildirib ki, çəkilişlər başa çatan kimi obrazı xatirinə saxladığı bığdan xilas olub:
"4 ay sürən çətin, yorğunluq dolu çəkilişlərdən sonra "IV divar" serialının seti ilə vidalaşdım. Və dərhal əsas atributdan (bığdan) xilas olmaq qərarına gəldim. Çox səmimi, intriqadan uzaq aktyor heyətinə, peşəkar və qayğıkeş çəkiliş qrupuna, hər aktyora fərdi yanaşan və gizli istedadlarını üzə çıxaran rejissor Elvin Rüstəmzadəyə təşəkkür edirəm. Demək istəyirəm ki, arxamca ağlamayın, uşaqlar. Hər hicranın bir vüsalı var".
Qeyd edək ki, "IV divar" serialı AZTV tərəfindən lentə alınır.