Saçını qaynaq etdirib, saqqalını uzatdı - Fotolar

Saçını qaynaq etdirib, saqqalını uzatdı - Fotolar
387 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Akın Akınözü yeni layihəsi üçün görünüşündə dəyişiklik edib.

Axşam.az xəbər verir ki, bir müddətdir ekranlardan uzaq qalan aktyor ATV-də yayımlanacaq "Aşk ve Taht" serialı ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Serialda Sultan Əlaəddin Keyqubad obrazını canlandıracaq Akın Akınözü rolunun tələblərinə uyğun olaraq saçına qaynaq etdirib, saqqalını isə uzadıb.

Aktyorun yeni görünüşü qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi onu ilk baxışdan tanımaqda çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Akın Akınözü "Hercai" serialındakı Miran Aslanbəy obrazı ilə geniş tamaşaçı sevgisi qazanıb.