Raket zərbələri Ukraynadakı səfirliyimizə ziyan vurdu - Fotolar

Raket zərbələri Ukraynadakı səfirliyimizə ziyan vurdu - Fotolar
353 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.

Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub.

Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.