Vətənində onu göz yaşları ilə qarşıladılar

Vətənində onu göz yaşları ilə qarşıladılar
1676 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor Yunanıstan"ın qalibi Stavros Floros uzun sürən müalicə və reabilitasiya prosesindən sonra vətəninə qayıdıb.

Axşam.az xəbər verir ki, Dominikan Respublikasında çəkilişlər zamanı balıq ovu edərkən sürət qayığının vurması nəticəsində ağır xəsarət alan yarışmaçı sol ayağını dizdən aşağı itirib. ABŞ-də keçirdiyi iki aylıq müalicə və amputasiya əməliyyatından sonra Floros aylar sonra ilk dəfə ölkəsinə dönüb.

Hava limanında onu ailə üzvləri, yaxınları və sevənləri göz yaşları ilə qarşılayıb. Duyğusal anların yaşandığı qarşılanma görüntüləri Yunanıstanda və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Məlumata görə, Stavros Floros bundan sonrakı müalicə və reabilitasiya prosesini vətənində davam etdirəcək.

Qeyd edək ki, hadisədən sonra aparıcı Acun Ilıcalı da Florosu xəstəxanada ziyarət etmiş, birlikdə çəkilən fotolarını paylaşaraq "Pozitivliyin və güclü olmağın dərsini verən gözəl insan" sözlərini yazmışdı.