"Sevincimin həddi yoxdur, biznes sinifdə uçuram"

"Sevincimin həddi yoxdur, biznes sinifdə uçuram"
230 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə sevincini izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, Rusiyaya toy məclisinə yollanan sənətçi hava limanında xoş sürprizlə qarşılaşıb. Nadir bildirib ki, onun üçün bu sürprizi oğlu hazırlayıb:

"Moskvaya uçuram. Dünəndən fikirləşirdim ki, ekonom siniflə gedəcəyəm və yenə rahat olmayacağam. Dostlarıma da zəng edib xahiş etdim ki, əlavə ödəniş etsəm belə, mənə ön sıralardan yer ayırsınlar. Sonra sevindirici xəbər aldım – biznes sinifdə uçacağam. Məlum oldu ki, oğlum üç ay əvvəl mənim üçün biznes sinif bileti alıb. Əlbəttə, pulunu özüm ödəmişəm. Ata sənə qurban olsun, hər zaman atasını düşünən balam. Çox sevinirəm, sevincimin həddi yoxdur, biznes siniflə gedirəm".