Bu gün geomaqnit qasırğası baş verəcək.
Axşam.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, Günəş səthində müntəzəm qeydə alınan C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kütlə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.
İyunun 4-ü saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecəyarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.
İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsiretmə ehtimalı var.