Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı yas məclislərində söz-söhbət yaradan şəxsləri qınayıb.
"Yas məclisində yas sahibindən küsənlərlə əlaqəni tamam kəsmək lazımdir" deyə, Xoşqədəm bildirib.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılova həbsdə olan zaman aparıcının onun ailəsi ilə maraqlanmadığını deyərək, incidiyini açıqlayıb. Xoşqədəm isə ifaçının bu sözlərinə "Rəqsanə, sən mənim ata-anamın yasına gəldin? Apreldə anamı itirdim, sonra atamı. Özü gələ bilmirdi, burada qohumu, qızı var idi, gələrdi" deyə reaksiya vermişdi.
Qeyd edək ki, Xoşqədəm hər iki valideynini itirib.
