Sevgilisinin oğlu "Cumanci"nin aktyorunu qətlə yetirdi

Sevgilisinin oğlu "Cumanci"nin aktyorunu qətlə yetirdi
132 dəfə oxunub
  • A-
  • A
  • A+

"Cumanci" filminin aktyoru Ceyms Hendi öldürülüb.

Axşam.az xəbər verir ki, hadisə Los-Ancelesin Tarzana bölgəsində baş verib.  

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatdıqda 81 yaşlı Hendini evin həyətində huşsuz vəziyyətdə, sinəsindən bıçaq yarası almış vəziyyətdə aşkarlayıblar. Aktyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Polis aktyorun sevgilisinin oğlu Maykl Qledhili şübhəli şəxs kimi saxlayıb. O, hadisəni törətdiyini etiraf edib.

Qledhil həbs olunub və Van Nuys həbsxanasına aparılıb. Məhkəmə onun üçün 2 milyon dollar məbləğində girov təyin edib.

Qeyd edək ki, Ceyms Hendi 150-dən çox ekran işində rol alıb. Aktyor “Ən yaxşı silah: Maverick”, “Logan”, “Cumanci” və “Araxnofobiya” kimi məşhur filmlərində rol alıb.