Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 5-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı proqnozlaşdırılır. Belə ki, sabah dumana görə avtomobil magistral yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.