Müğənni İlqarə Kazımova yeni musiqi işini dinləyicilərinin ixtiyarına verib.
Axşam.az xəbər verir ki, sənətçinin təqdim etdiyi mahnı “Mən oluram” adlanır.
Bəstədə qadın və kişi arasındakı münasibətlər, ana və övlad sevgisi, dostluq bağları, valideyinə olan məhəbbət əks olunub.
Mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur.
“Mən oluram” artıq bütün rəqəmsal musiqi platformalarında paylaşılıb.