"Ən böyük səssizliyim atamı itirəndə oldu. Baba, nənəmi itirəndə o qədər hiss etmirdim. Həyətdə hamının nənə, babası ölürdü. Deyirdim, mənimkilər də öləcək. Amma atam, sevdiklərimi düşünmürdüm. Atam deyirdi ki, bibim kimi 100 il yaşayacağam. Atamın atası tərəf uzunömürlü idi".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ramal israfilov "Mədəni şou"da deyib. Atasının ölümündən danışan sənətçi kövrəlib:
"Mənə çox yaxın idi, məsləhət verirdi. 6 yaşından onunla toya gedirdim. Bacım zəng edəndə ki, atanın vəziyyəti pisdir, rahat gedirdim. Bacımı ağlayan görəndə, deyirdim sakit olun, ölmək ağlıma gəlmirdi. Yan otağa keçəndə hamını çıxardım çölə, hamı ağlayırdı. Atamın əlindən tutdum, "Aç qapını bu quluna, yarəbbim" oxudum. Dedim ki, uşağam, məni tək qoya bilməzsən. İnanmırdım, həkimlər gəldi və atamı apardı. Onda səhəri gün də anama zəng vurdum ki, gəlib atamla görüşüm. Cavab verdi ki, yaxşıdır, çıxıb evə gələcək. Ölümündən üç gün qabaq anama deyib ki, iki nəfər ağ uçdu. Üç gün sonra dünyasını dəyişdi. Atamın 40 günü pəncərədə ağ göyərçin gördük. Girdi mətbəxə yedi getdi".