Filipp Kirkorov və Polina Qaqarinanın bu ölkəyə girişi qadağan edildi

Filipp Kirkorov və Polina Qaqarinanın bu ölkəyə girişi qadağan edildi
635 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov və müğənni Polina Qaqarinanın Estoniyaya girişinə 5 il müddətinə qadağa qoyulub.

Axşam.az xəbər verir ki, Estoniya hökuməti Ukraynadakı hərbi əməliyyatı dəstəkləyən rusiyalı sənətçilərin beş il müddətinə ölkəyə girişini qadağa edən qərar qəbul edib. Yerli Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qadağa bu il Tallində konsertlərlə çıxış etməli olan Filip Kirkorov və Polina Qaqarinaya tətbiq edilib:

“Philip Kirkorovun 2022-ci il aprelin 22-dən 2027-ci ilin aprelinə qədər Estoniyaya girişi qadağan edilib. Sentyabrın 23-də konserti planlaşdırılan müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub. Sözügedən sənətçilər Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyiblər”.

Qeyd edək ki, Kirkorovun konserti mayın 27-də Tallinndə baş tutmalı idi.

Onu da qeyd edək ki, bir müddət əvvəl Filipp Ukraynanın Mədəniyyət Nazirliyi tərəfindən ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi “qara siyahı”ya salınıb və ölkəyə girişi üç il müddətinə qadağan edilib.