Müğənni Xuraman Şuşalı fotoqrafımızın obyektivinə şəhərdə itləri ilə gəzərkən tuş gəlib.
Axşam.az-ın məlumatına görə, Xuraman evinə üç it aldığını bildirib. Müğənni əvvəlcədən bir it almağı planlaşdırsa da, onu balalarından ayırmaq istəməyib və beləcə, üç iti birdən almaq məcburiyyətində qalıb.
O, həmçinin bildirib ki, fevralın 2-də ad günü münasibətilə boyük bir məkanda solo konsert verəcək. Bu konsert isə ona həyat yoldaşının hədiyyəsidir. Elçinin Xuramana hədiyyəsi bununla bitmir. Belə ki, o, Xuramanın “Gəlirəm” adlı mahnısına çəkilən klipin bütün xərcini də ödəyəcək.