"Əllərinizi qadınların üzərindən çəkin" - Məşhurlardan Melisə dəstək

"Əllərinizi qadınların üzərindən çəkin" - Məşhurlardan Melisə dəstək
3297 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə MHP-nin (Milliyetçi Hareket Partisi) keçmiş millət vəkili Ahmet Çakarın aktrisa Melis Sezen barədə işlətdiyi sözlər birmənalı qarşılanmayıb.

Axşam.az xəbər verir, A.Çakır qonaq olduğu proqramda aktrisanın ünvanına “Sadakatsiz” adlı serialda oynayan bir qız var. Adını, filan bilmirəm. Ötən gün bir qala gecəyə dəvət edilmişdi. Bir libas geyinib, geyim qanunla qadağandır. Çünki sinə dekoltesi tamamilə açıqdır, ictimaiyyət arasında özünü göstərir. Yəni büstqalter yoxdur” sözlərini səsləndirib.

Bundan sonra bir çox sənətçi Melisə dəstək olmaq üçün hərəkətə keçib və A.Çakırın ünvanına sərt tənqidlər ünvanlayıblar.

Onlardan birincisi aktrisa Hazal Kaya olub:

“Qoca-qoca hüquqşünaslar, oturub nəvəniz yaşında qadının dekoltesini, bədənini müzakirə edirsiniz? Qadına şiddət günah deyil? Ya da hədəf göstərmək? Ortada bir günahkar varsa, o da sizsiniz. Əxlaqınızda boğulun”.

Müğənni Hadisə isə "Qadınların geyimi, dekoltesi, saçı, kilosu və makiyajı haqqında danışmağı nə vaxt nə vaxt buraxacaqsınız? İllərdir deyirəm və deməyə də davam edəcəyəm "Əxlaqsızlıq sizin başınızdadır!"

Kərəm Bürsin də məsələyə münasibət bildirənlər arasında yer alıb:

“Qadınların bədəni, geyimi və seçimləri üzərindən hər cür şərhi səsləndirməyi özünə haqq bilən kişilər... Bu etdiyiniz təcavüz, şiddətdir! Qadınlara qarşı zorakılıq isə cinayətdir!”

Aktrisa Demet Evqar həmkarına dəstək olduğunu bu sözlərlə ifadə edib:

 “Qadın bədəni üzərində qurmaq istədiyiniz hökmranlıqdan əl çəkin. Mehmet Ali Erbil, Ahmet Çakar sözlərinizi və əllərinizi qadınların üzərindən çəkin. Həyatımıza və seçimlərimizə biz qərar veririk”.