Onların Rusiyaya girişi həmişəlik qadağan edildi

Onların Rusiyaya girişi həmişəlik qadağan edildi
1647 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Xarici İşlər Nazirliyi 963 Amerika vətəndaşının ölkəyə girişinin həmişəlik qadağan edildiyini açıqlayıb.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, həmin şəxslərin siyahısı nazirliyin saytında dərc olunub. Siyahıda məşhur Hollivud ulduzu Morqan Frimannın da olduğu üzə çıxıb.

Bildirilib ki, bu, Frimanın 2017-ci ildə Rusiya İstintaqına Dəstək QHT Komitəsi adından lentə aldığı videomüraciətlə bağlıdır. Aktyor videoda Rusiyanı ABŞ-də və bütün dünyada demokratiyaya qarşı sui-qəsddə ittiham edib.

Siyahıya "Meta" şirkətininin yaradıcısı Mark Zukerberq, ABŞ prezidenti Co Bayden və oğlu Hunter, vitse-prezident Kamala Harris də daxildir. Həmin şəxslər arasında siyasətçilər, jurnalistlər, sahibkarlar və digər nüfuzlu şəxsiyyətlər də yer alıb.

Bəyanatda bu qərarın Amerika rejimini yeni geosiyasi reallıqları dərk edərək davranışını dəyişməyə məcbur etmək məqsədi daşıdığı qeyd olunub.

Həmçinin, nazirlik Rusiyaya girişi qadağan edilən Kanada vətəndaşlarının siyahısını da dərc edib.