Somerin restoranının divarı uçdu, keçmiş diplomat öldü - Fotolar

Somerin restoranının divarı uçdu, keçmiş diplomat öldü - Fotolar
2914 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV8" telekanalında yayımlanan "Masterchef" proqramı ilə məşhurlaşan aşpaz Somer Sivrioğlunun İstanbulun Beşiktaş ilçəsindəki restoranında bədbəxt hadisə baş verib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aşpazın 3 ay əvvəl təhvil aldığı lüks restoranın divarı ötən gecə 23:30 radələrində uçub. Hadisə restoranın qarşısında iki avtomobil saxladıqdan sonra baş verib. Nəticədə maşınlardan düşən 6 nəfərdən ikisi ağır xəsarət alıb. Onlar xəstəxanaya aparılsa da yaralılardan birinin həyatını xilas etmək mükün olmayıb.

Məlum olub ki, həyatını itirən şəxs keçmiş iordaniyalı diplomat Ahmet Salim Subbeddir. Ağır yaralanan xarici ölkə vətəndaşı Bahaettin Shanablehin vəziyyəti isə ağır olaraq qalır.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, Somer ötən ilin sonu həyat yoldaşı Aslıdan boşanıb.