"Gözəllik deyə bir şey qalmayıb, hamı fotoşopludur"

"Gözəllik deyə bir şey qalmayıb, hamı fotoşopludur"
5103 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Gülsim Ali, sonuncu açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa gözəllik məfhumunun insanlarda yaratdığı təzyiqi pisləyib:

"Gözəlliklə bağlı təzyiqi biz bu qədər böyütdük? Gözəllik deyə bir şey qalmayıb, hamı fotoşoplu, filtrli, estetik əməliyyatlıdır. Bunların əleyhinəyəm, gənc qızlar, hətta oğlanların belə özlərindən başqa biri kimi olmalarından narahatam. Bəlkə insanlar məni mühakimə edəcəklər, bilmirəm. Amma gördüklərimi, hiss etdiklərimi paylaşıram".

O, karyerasında dönüş nöqtəsi olan layihə ilə bağlı sualı isə belə cavablayıb:

"İlk və ən çətin addımım İstanbula gəlmək oldu. İlk dəfə oynadığım baş rol, böyük məsuliyyət idi. Bütün gözlər üzərimdə idi. Və təbii ki, həyatımı tamamilə dəyişdirən, mənə beynəlxalq uğur və şöhrət gətirən "Diriliş Ertuğrul" serialı..."

Qeyd edək ki, Gülsim sonuncu dəfə "Gönül dağı" serialında rol alıb.