Artıq aktrisalıq etməyəcək

Artıq aktrisalıq etməyəcək
3714 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Ceyda Düvenci bir daha aktrisalıq etməyəcəyini açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirlərin birində çıxış edən aktrisa iş saatları uzun olduğu üçün bu qərarı aldığını bildirib:

"Televiziyada yayımlanan serialların iş saatlarını düzgün hesab etmirəm. Həftənin 6 günü 15 saat işləməyi özümə uyğun görmədim və bu sahədən ayrıldım. Yazıçı və aparıcı kimi fəaliyyətimə davam edirəm".