Arnold Şvarseneqqer yenidən baba oldu

Arnold Şvarseneqqer yenidən baba oldu
708 dəfə oxunub
  • A-
  • A
  • A+

73 yaşlı aktyor Arnold Şvarseneqqer yenidən baba olub.

Axşam.az xəbər verir ki, Ketrin Şvarseneqqerin aktyor Kris Pratta ilə evliliyindən daha bir qızı olub. Bu barədə o, instaqram hesabında yazıb. Mayın 21-də dünyaya göz açan körpəyə Eloiza Kristina Şvarseneqqer Pratt adı verilib.

Qeyd edək ki, cütlüyün Layla Mariya adlı daha bir qızı var. Bundan başqa, Krisin aktrisa Anna Farislə evliliyindən 9 yaşlı Cek adlı oğlu da var.