Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı

Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı
741 dəfə oxunub
  • A-
  • A
  • A+

"Time" jurnalı ənənəvi olaraq dünyanın 100 ən nüfuzlu insanının siyahısını tərtib edib.

Axşam.az xəbər verir ki, siyahıdakı şəxslərdən beşi jurnalın üz qabığında yer alıb. Onlar aktrisa Aktrisa Zendaya (Zendaya Koulman), "Apple" şirkətinin baş direktoru Tim Kuk, müğənni Meri Cey Blayc, Barbadosun Baş Naziri Mia Mottli və "Marvel"in ilk Asiya filmi "Şan-Çi və on üzük əfsanəsi"ndə super qəhrəman rolunu ifa edən aktyor Simu Liudur.

2022-ci ildə 100 nüfuzlu şəxs siyahısına daxil olan siyasətçilər arasında Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Co Bayden, Çinin dövlət başçısı Si Cinpinqin adları var. Onu da qeyd edək ki, Si artıq bu siyahıda siyahıda 13-cü dəfədir ki, yer alır. 

Siyahıya dünya ulduzlarından Adel, Mila Kunis, Kianu Rivz, Pit Devidson, Çenninq Tatum, Sara Cessika Parker, Kris Cenner və başqalarının adları daxil edilib.

Siyahıda kişilər sayca üstünlük təşkil edir (51 nəfər kişi, 49 nəfər qadın). Reytinqin ən gənc adı 18 yaşlı xizəkçi Eylin Qu, ən yaşlısı isə 91 yaşlı rəssam Fait Rinqqold olub.