Ulduzlar gecədə bir araya gəldi - Fotolar

Ulduzlar gecədə bir araya gəldi - Fotolar
1276 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər veridiyimiz kimi, 75-ci Kann Film Festivalı davam edir.

Axşam.az xəbər verir ki, ötən gün tədbirdə iki premyera baş tutub: rejissorlar Devid Kronenberqin “Gələcəyin cinayətləri” və Park Çan Vukun "Ayrılıq qərarı".

Altı illik fasilədən sonra ilk filmini təqdim edən Parka dəstək olmaq üçün premyerada supermodel Naomi Kempbell, “Squid game” serialının ulduzu Li Con Ce, modellər Anja Rubik, Koko Roşa, Alina Baikova və digər məşhurlar iştirak edib.

Qırmızı xalçada obyektivlərə baş rol ifaçıları Park Xe-il və Tan Vey də tuş gəlib.

Digər filmin premyarasında baş rolları canlandıran aktyorlar Viqo Mortensen, Lea Seydoux və Kristen Stüartla yanaşı Şeron Stoun, Vinsent Kassel, onun həyat yoldaşı Tina Kunaki, Emili Ratajkovski qırmızı xalçada görünüb.