Puqaçovadan televiziya binasında əks olunan bu sözlərə cavab - Video

Puqaçovadan televiziya binasında əks olunan bu sözlərə cavab - Video
1042 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra İsraildə məskunlaşan Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən tənqid olunub.

Axşam.az xəbər verir ki, ifaçının ünvanına "Ostankino" televiziya mərkəzinin fasadında "Alla, nə yaxşı ki, qaçdın" sözləri əks olunub. 

Puqaçova mesaja cavab olaraq instaqram hesabında "İntellekt nə qədər aşağı olarsa, təhqirlər də bir o qədər yüksəkdir. Sülh içində yaşa, ölkə!" sözlərini qeyd edib.

Sözgedən televiziya kanalı məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Alla və həyat yoldaşı, şoumen Maksim Qalkin uşaqları ilə birgə artıq fevralın sonundan Rusiyanı tərk edərək İsrailə gedib. O, bir neçə gün əvvəl sentyabrda qayıdacağını açıqlamışdı.