Bekhem evlilik andını döymə etdirdi - Foto

Bekhem evlilik andını döymə etdirdi - Foto
1828 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin aprelin 9-da amerikalı milyarder Nelson Peltzin qızı Nikola Peltzlə evlənib.

Axşam.az xəbər verir ki, Bruklin həyat yoldaşına maraqlı sürpriz edib. O, evlilik andını qoluna döydürüb.

"Nikola, dəhlizdən aşağı doğru gedərkən nəfəsim kəsilir. Bu gecə və hər zaman çox gözəl görünürsən. Həyatımda başıma gələn ən gözel şey sənə sahib olmaqdır. Çünki sən məni bugünkü adam etdin. Bu anı uzun zamandır gözləyirdim. Ən yaxşı ər, həyat yoldaşı, kişi olacağıma, hər zaman səninlə maraqlanacağıma, səni güldürəcəyimə, güvəndə hiss etdirəcəyimə və ən önəmlisi sevəcəyimə söz verirəm" deyə, döymədə qeyd olunub.