Castin Biber insult keçirtdi - Video

Castin Biber insult keçirtdi - Video
3084 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı 28 yaşlı müğənni Castin Biber "Hunter" sindromu (Herpes zoster virusunun səbəb olduğu periferik tip üz iflici) səbəbi ilə insult keçirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə məlumatı sosial şəbəkədə video paylaşaraq verib.

Biber üzünün sağ nahiyəsində sinirlərin fəaliyyətinin dayandığını və artıq müalicəyə başladığını bildirib. Görüntülərdə mimikalarını göstərən müğənni üzünün sağ tərəfini hərəkət etdirə bilmədiyini nümayiş etdirib.

O, bu səbəbdən konsertlərini də təxirə saldığını qeyd edib.

Qeyd edək ki, müğənninin həyat yoldaşı Heyli Biber də mikroinsult keçirdiyi üçün ürəyindən əməliyyat olunmuşdu.