Milyarder reper "Adidas"ı oğurluqda ittiham edir

Milyarder reper "Adidas"ı oğurluqda ittiham edir
350 dəfə oxunub
  • A-
  • A
  • A+

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest "Adidas"ı plagiatlıqda ittiham edir.

Axşam.az xəbər verir ki, ifaçı məşhur brendi "Yeezy"yə məxsus rezin başmaqlarının dizaynını oğurlamaqda günahlandırır. Söhbət "Adidas"ın "adilette 22 slides" modelindən gedir.

Bu bartədə instaqram hesabında paylaşım edən "Ye" daha sonra postu silib. O, həmçinin brendin baş direktoru Kasper Rorsteddən onunla əlaqə saxlamasını istəyib.