Kıvanç oğlunun dayəsinə nə qədər maaş verir?

Kıvanç oğlunun dayəsinə nə qədər maaş verir?
2947 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur cütlüyü aktyor Kıvanç Tatlıtuğla dizayner həyat yoldaşı Başak Dizer oğulları Kurt Efeyə dayə tutublar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dayəyə aylıq 1400 dollar (təxminən 2380 manat) maaş verir. Bununla yanaşı onlar oğlunun baxıcısının sığortasını və ildə bir dəfə Filippinə gediş-dönüş təyyarə biletinin xərclərini qarşılayacaqlar.

Qeyd edək ki, Başak Dizer ilk dəfə həyat yoldaşıyla oğlu Kurt Efenin fotosunu sosial şəbəkədə paylaşıb.