"Polada görə hamımız serialdan ayrılacaqdıq, 2 qat pul verdilər"

"Polada görə hamımız serialdan ayrılacaqdıq, 2 qat pul verdilər"
8871 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kurtlar vadisi" serialında "Kılıç" obrazına həyat verən aktyor Attila Olqaç illər sonra etdiyi etirafıyla gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ekran işində "Polad Alemdar" obrazına həyat verən Necati Şaşmazın dini təriqət üzvü olmasıyla bağlı xəbərlərdən sonra həmkarının layihədən ayrılmaq istədiyini açıqlayıb:

"Hamımız serialdan ayrılacaqdıq. Ancaq ki, yaşamaq üçün pul qazanmaq lazımdır. Kisənin ağzını açdılar. Aldığımız pulun 2 qatını verdilər. Belə olduqda da edəcək heç nə qalmadı". 

Olqaç ekran işində "Mehmet Karahanlı" obrazına həyat verən aktyor Zafer Enginin isə 3 qat artıq məvacib tələb etdiyi üçün layihədən ölərək ayrıldığını bildirib:

"3 qat artıq maaş istədi. Prodüser olmaz dedi. Kanal isə sən 2 qatını ver, mən üzərini tamamlayaram söylədi, amma 10 bölüm sonra öldürüldü. Zafer elə getdi, yoxsa o da qalacaqdı. Erkən öldürüldü".