Ukraynanın "Avroviziya" ilə bağlı etirazına cavab

Ukraynanın "Avroviziya" ilə bağlı etirazına cavab
679 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukrayna "Avroviziya 2023"ə ev sahibliyi edə bilməyəcək.

Axşam.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyinin bəyanatında qeyd edilib. Qurum bununla bağlı qərara Ukraynanın etiraz etməsini anlayışla qarşıladığını bildirib.

Qeyd edək ki, iyunun 17-də Avropa Yayım Birliyi “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin qalib ölkədə keçirilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi açıqlama yaymış və yarışmanın gələn il Böyük Britaniyada keçirilməsi ilə bağlı danışıqlara başlayacağını vurğulamışdı. Ukrayna isə bu qərara etiraz etmişdi.