91 yaşlı media maqnatı dördüncü dəfə boşanır

91 yaşlı media maqnatı dördüncü dəfə boşanır
545 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı 91 yaşlı media maqnatı, "Fox News" kanalının sahibi Rupert Mördok dördüncü həyat yoldaşından boşanır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, milyarderin 65 yaşlı aktrisa Cerri Holldan hansı səbəbdən ayrıdığı isə hələlik bəlli deyil.

Dünyanın ən zəngin 100 nəfərindən biri olan Rupertin arvadından boşanması onun varidatına təsir etməyəcək.

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Milyarderin əvvəlki evliliklərindən 6 övladı var.