"Evlilik hakkında her şey"in aktrisası yeni serialda

"Evlilik hakkında her şey"in aktrisası yeni serialda
1009 dəfə oxunub
  • A-
  • A
  • A+

Sonuncu dəfə "Evlilik hakkında her şey" serialında rol alan aktrisa Gökçe Eyüboğlunun yeni layihəsi bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Çekiç ve gül: Bir Behzat Ç hikayesi" serialında rol alacaq. Gökçe ekran işində prokuror "Belgin" obrazına həyat verəcək.

Qeyd edək ki, serial "BluTv"də yayımlanacaq.