Kral ailəsi dodaq-dodağa görüntüləndi - Foto

Kral ailəsi dodaq-dodağa görüntüləndi - Foto
752 dəfə oxunub
  • A-
  • A
  • A+

Monako şahzadəsi Şarlin əri şahzadə II Albert və uşaqları - Qabriella və Jak ilə birlikdə Osloya səfəri zamanı görüntülənib.

Axşam.az xəbər verir ki, evliliklərində problem yaşadıqları deyilən cütlük ictimaiyyət qarşısında dodaq-dodağa obyektivlərə tuş gəlib.

Xatırladaq ki, bu, Şarlin ilə Albertin uzun müddətdən sonra üçüncü dəfə ictimaiyyət arasında görüntülənməsidir.

Qeyd edək ki, şahzadə vətəni Cənubi Afrikada bir neçə ay qaldıqdan sonra həyat yoldaşı ilə bir araya gəlməyib. Onun infeksiyaya yoluxduğu və uzun müddət müalicə aldığı deyilib. Daha sonra Şarlinin ailəiçi problemlərə görə Monakoya qayıtmaq istəmədiyi barədə şayiələr yayılsa da, saray xəbərləri təkzib edib.