Maskın eks-həyat yoldaşı oğullarının cinsini dəyişməsini şərh etdi

Maskın eks-həyat yoldaşı oğullarının cinsini dəyişməsini şərh etdi
1148 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın keçmiş həyat yoldaşı Castin Uilson oğulları Xavyer Aleksandr Maskın atasının soyadından imtina etmək qərarına münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, övladının qərarını dəstəklədiyini deyib. Bu barədə tviter hesabında paylaşım edən Castin oğlu və özü ilə fəxr etdiyini yazıb.

İ.Mask özü isə övladının onun soyadından imtina etməsi və cinsiyyətini dəyişdirmək qərarını şərh etməyib.

Qeyd edək ki, Xavyer İlonun keçmiş həyat yoldaşı Castin Uilsondan olan oğludur. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş ortaq övladı var. Bundan başqa İlonun müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Hazırda o, avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.

Xavyer adını Vivyen Cenna Uilson olaraq dəyişmək istəyir.