Rus yumor ustaları məşhur yazarı lağa qoydu - Video

Rus yumor ustaları məşhur yazarı lağa qoydu - Video
373 dəfə oxunub
  • A-
  • A
  • A+

"Harri Potter" kitabın müəllifi Coan Roulinq rusiyalı yumor ustaları tərəfindən lağa qoyulub.

Axşam.az xəbər verir ki, yazar onunla canlı bağlantıya qoşulan şəxsin Ukrayna Prezidenti Volodimir Zelenski olduğunu düşünüb. Əlaqə zamanı Vovan ve Lexus adlı komediya ustaları Roulinqə sözügedən əsərdə baş qəhrəman Harri Poterin alnındakı "Z" hərfini hazırki siyasi fonda dəyişdirməyi və Ukraynanın simvolundan istifadə olunmasını təklif ediblər.

Yazar bu sözlərdən sonra təəccübünü gizlədə bilməyib və bu barədə düşünəcəyini qeyd edib. Onun nümayəndələri məsələyə münasibət bildirərək bunu yersiz hərəkət adlandırıb və Roulinqin Ukraynadakı uşaqlara və ailələrə kömək etmək üçün bağlantıya qoşulduğunu deyib. Eyni zamanda, onlar videonun dəyişdirildiyi və çıxışın təhrif edildiyi bildiriliblər.