Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - Fotolar

Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı - Fotolar
8021 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün ürəyi dayandığı üçün dünyasını dəyişən "Laskovıy may" qrupunun solisti, məşhur rusiyalı müğənni Yuri Şatunovun ailəsinə qalan mirası məlum olub.

Axşam.az "StraHit"ə istinafən xəbər verir ki, kasıb ailədən olan, uşaq evində böyüyən 48 yaşlı ifaçının mirası iki mənzil və bir evdən ibarətdir. Birinci daşınmaz əmlakı Moskvada yerləşir. Bu, onun internat məktəbini bitirdikdən sonra aldığı mülkdür. Kantemirovskaya küçəsindəki bir otaqlı mənzilin ortalama qiyməti 11 milyon rubl (təxminən 349 min 785 manat) təşkil edir.

İkinci isə 2016-cı ildə keçmiş prodüser və otel sahibi Andrey Razinin ona hədiyyə etdiyi dəbdəbəli mənzildir. O Soçidəki "Razin" otelində yerləşir. Bildirilir ki, bu mikrorayonda 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzillərin qiyməti təxminən 15 milyon (təxminən 477 min 146 manat) rubldır.

Mərhum ulduzun mirasına daxil olan digər mülk isə Münhendədir. Qiyməti 10 milyon dollar (16 milyon 989 min 801 manat) olan bu evdə Şatunov son 20 ildə ailəsi ilə birlikdə yaşayıb.

Müğənninin Almaniyada daşınmaz əmlak seçməsi təsadüfi deyil. O, 1990-cı illərdə qrupu tərk edərək ölkədən gedib. İfaçı burada yeni sevgilisi Svetlana ilə tanış olub. Svetlana Şatunovun yaradıcılığından bixəbər olub və şou-bizneslə əlaqəsi olmayıb.

2006-cı ilin sentyabrında cütlüyün ilk uşaqları Dennis dünyaya gəlib. Cütlük bir il sonra, 2007-ci ildə Frankfurt-Maynda evlənib. Beş il sonra onların qızı Estella doğulub.

"Komsomolskaya pravda"nın məlumatına görə, Şatunovun xarici banklardakı məbləğı yalnız onun ailəsinə məlumdur. Həmkarlarının fikrincə, ulduzun əmanətləri uşaqların təhsili və bir neçə illik ailə həyatını təmin etmək üçün kifayət qədərdir. Bu o deməkdir ki, ulduzun kapitalını 6 milyon avrodan (təxminən 10 milyon 746 min 580 manat) çoxdur.

Həmçinin, varislər Şatunovun özünün yazdığı mahnıların ifasına görə qonorar ala biləcəklər.

Şatunov bundan başqa 20 min rubl (təxminən 636 manat) təqaüd də alıb. O, mərhum sənətçi İosif Kobzonun sayəsində gənc təqaüdçü olub. Kobzon “Laskovıy may”ın ulduzları Y.Şatunov və Sergey Serkovu 14 yaşında rəsmi olaraq işə götürüb. Onlar “Moskonsert”in artistləri siyahısına salınıb, ödəniş alırdılar. İkili 25 ildən sonra isə təqaüdə çıxıb. Kobzon olmasaydı, sənətçiləri təhsilsiz heç kim heç yerə qəbul etməzdi.

Yuri Şatunovun bütün mirası birinci dərəcəli varislər tərəfindən alınacaq: dul həyat yoldaşı, oğlu və qızı.