Şeron Stoun 9 dəfə övladını itirdiyini açıqlayıb

Şeron Stoun 9 dəfə övladını itirdiyini açıqlayıb
994 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Şeron Stoun instaqramda yazdığı şərhlə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, "People" nəşrinin sosial şəbəkə hesabında rəqqaslar Maksim Çmerkovskiy ilə Peta Murqatroydun növbəti dəfə övladlarını itirməsi ilə bağlı paylaşıma şərh yazıb. Aktrisa 9 dəfə uşağının tələf olduğunu bildirib:

"Qadın olaraq bu itkinin dərinliyini müzakirə etmək üçün xüsusi bir formul yoxdur. 9 uşağımı itirdim".

O qeyd edib ki, qadınlar bu problemin öhdəsindən təkbaşına gəlməli olurlar:

"Bu, istər fiziki, istərsə də emosional olaraq kiçik bir şey deyil. Çox ehtiyac duyduğumuz şəfqət, empatiya və sağalmaq əvəzinə, buna tək, gizli və bir növ uğursuzluq hissi ilə dözməli olduğumuzu hiss edirik. Kişi ideologiyasının ixtiyarına buraxılan qadınların sağlamlığı və rifahı zəiflədi, vəhşicəsinə əzildi".

Qeyd edək ki, Stounun üç uşağı övladlıqdır. Aktrisa 2000-ci ildə "San Francisco Chronicle" jurnalının redaktoru Fil Bronşteynlə evlənərkən böyük oğlu Roeni övladlığa götürüb. 2003-cü ildə Fildən boşanmaq üçün məhkəməyə müraciət edib və uşağın qəyyumluğunu alıb.

2005-ci ildə Stoun Lairdini, bir il sonra isə Quinni övladlığa götürüb.