Fahriyə Evcəndən hamiləlik iddialarına cavab

Fahriyə Evcəndən hamiləlik iddialarına cavab
5873 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur cütlüyü Fahriyə Evcənlə Burak Özçivit hamiləlik xəbərlərini təsdiqləyib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbirlərlə söhbət edən cütlük həyəcanlı olduqlarını dilə gətirib:

"Biz də yeni öyrəndik. Demək olar ki, sizinlə eyni zamanda bildik. Çox sevindik. Hələ Karanın xəbəri yoxdur. Qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas odur ki, sağlam olsun. Yuxusuz gecələrə vərdiş etmişik. Karanla təcrübəmizi tamamlamışıq".

Qeyd edək ki, cütlük 5 il əvvəl ailə həyatı qurub. Onların bu evliliyindən Karan adlı bir oğlu var.