Pınar Dənizin bu sözləri lağa qoyuldu

Pınar Dənizin bu sözləri lağa qoyuldu
1808 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yargı" serialında rol alan aktrisa Pınar Dəniz "İbrahim Selim ile bu gece" proqramında qonaq olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa verilişdə amerikalı aktyor Timoti Şalame barədə dediyi "İlk izləyəndə bəyənmişdim. Xeyli layihədə yer aldı, çox gördüyüm üçün sehiri itdi" sözlərinə görə sosial şəbəkədə lağa qoyulub.

Tvitterdə "Nəfəs al bir az hər yerdə Pınar Dəniz", "Evdəki soyuducudan da Pınar Dəniz çıxacaq deyə, qorxuram", "Yenə Pınar Dəniz, bu qadın çəkilişləri necə çatdırır" kimi şərhlər yazılıb.

Qeyd edək ki, aktrisa ardıcıl olaraq "Ask 101" serialında, "Aşkın kıyameti" filmində və reklamlarda yer alıb.