Boşandığı xanımına ödədiyi təzminat açıqlandı

Boşandığı xanımına ödədiyi təzminat açıqlandı
1420 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il rəsmən boşanan dünyaca məşhur ulduz Arnold Şvartsneggerin keçmiş həyat yoldaşı Maria Şrayverə ödədiyi təzminat bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor eks arvadıyla evli olduğu müddət ərzində əldə etdiyi pensiya gəlirləri də daxil olmaqla qazandığı pulların yarısını ona ödəyib. Məbləğin nə qədər olduğu isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ildə ayrı yaşayan cütlük 10 il sonra boşanmışdı. 34 il evli olan Maria ilə Arnoldun boşanma prosesinin bu qədər uzanmasına səbəb isə 400 milyon dollar dəyərində olan birgə əldə edilmiş əmlakın bölüşdürülməsi idi.