Rusiyanın məşhur blogerlərindən olan Veronika Belotserkovskayanın əmlakına həbs qoyulub.
Axşam.az xəbər verir ki, buna səbəb blogerin Rusiyanın Ukraynaya hərbi hücumları ilə bağlı paylaşımı olub. Bloger Rusiya hərbçilərinin hərəkətləri barədə bilərəkdən yalan məlumat yaymaqda ittiham olunur.
Bir neçə ay əvvəl Belotserkovskayaya qarşı cinayət işi açılıb, bundan sonra o, qiyabi həbs edilib. Bloqqerin Moskvadakı mənzili və dayanacağı, həmçinin Sankt-Peterburqdakı evi, mənzili və torpaq sahəsi həbs edilib. İnternet ekspertlərinin fikrincə, bu, Nikanın Rusiyadakı bütün daşınmaz əmlakı deyil. Şərhçilərin fikrincə, Belotserkovski qalan obyektləri əvvəlcədən yaxın qohumlarına təhvil verə bilib.
Bloger özü isə uzun müddətdir Fransada yaşayır. Orada onun öz villası var. Son müsahibələrində Belotserkovski dəfələrlə yaxın illərdə Rusiyaya qayıtmaq fikrində olmadığını bildirib.