"İlk əziyyət çəkən qadınlar olur" - Fotolar

"İlk əziyyət çəkən qadınlar olur" - Fotolar
1354 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli Fransanın “Madam Figaro” jurnalının yeni nömrəsinin qəhrəmanı olub.

Axşam.az xəbər verir ki, aktrisa dünyada qadınlara qarşı ayrı-seçkilik probleminin hələ də mövcud olmasından gileylənib:

"Hardasa qarşıdurma olan kimi ilk əziyyət çəkən qadınlar olur. Dünyanın bir çox yerində qadınlar lazım olan dəstəyi və ya azadlığı ala bilmirlər. Qadınlar kövrəkdirlər, lakin paradoksal olaraq onlar həm də qeyri-adi güc mənbəyidirlər. Bilirsiniz, pandemiyanın başlanğıcında xəstələrə qulluq edənlərin 70%-i qadınlar idi? Bu, reallıqdır və gözəldir. Qadınların təhsilə və zəruri olan imkanlara çıxışı olduqda onlar nə edirlər? Başqalarına kömək edirlər.

Daha yaxşı əməkdaşlıq etmək üçün birləşməliyik. Bəzi ölkələrdə və mədəniyyətlərdə kişiləri gender bərabərliyi məsələsində maarifləndirmək lazımdır. Bu gün dünyanın bəzi yerlərində qadınların təhsildən və azadlıqdan ciddi şəkildə məhrum olması tamamilə absurddur. Ancaq bu təhsil məsələsi bütün icmalarda və ailələrdə, mənim evimdə də gündəmə gəlir. Məsələn, mənim üç oğlan və üç qız uşağım var. Hər gün hər birində yeni bir nəsə kəşf edirəm. İdeya ondan ibarətdir ki, cinsindən asılı olmayaraq hər kəs öz yerini tapmalı və başqasının azadlığına qarışmadan layiqincə uğur qazanmalıdır".

Coli bu yaxınlarda Ukraynaya səfəri ilə bağlı isə bu söləri deyib:

"Nəinki yaşamaq uğrunda mübarizə aparan, həm də başqalarını qoruyan bu insanların iradəsini və ağlasığmaz gücünü öz gözlərimlə gördüm".

Jurnalda müsahibə ilə yanaşı aktrisanın fotosessiyası yayımlanıb.