Qalmaqallı boşanan cütlük yenə razılığa gələ bilmədi

Qalmaqallı boşanan cütlük yenə razılığa gələ bilmədi
886 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı aktrisa Ember Hördlə razılığa gələ bilməyib.

Axşam.az xəbər verir ki, aktrisa Conninin təklifindən imtina edib. Belə ki, o, apellyasiya şikayəti vermək fikrindən daşınmayıb. Xarici medianın artıq iflas ərəfəsində olaraq təqdim etdiyi Emberin daha bir məhkəmənin xərclərini necə ödəyəcəyi sual doğurub.

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.