Telefonunu paylaşıb, onunla vidalaşdı - "Rahat yat, dostum"

Telefonunu paylaşıb, onunla vidalaşdı - "Rahat yat, dostum"
2390 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Kris Evans maraqlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktyor telefonu - "iPhone 6S"in fotosunu paylaşaraq onunla sağollaşıb. 

"Ana ekran düymən üçün darıxacağam. Enerji yığmağın üçün göstərdiyim mübarizə, çəkdiyin bulanıq şəkillər və bir neçə dəqiqə ərzində şarjın 100%-dən 15%-ə qədər ani düşməsi üçünsə, darıxmayacağam. 

Bu, macəra dolu yoldaşlıq idi. Rahat yat, dostum"deyə, o, yazıb.

Krisin bu paylaşımı izləyicilərə nostalji xatirələrini xatırladıb.