Cennifer Eniston uşaq vaxtı onu tərk edən atası ilə barışıb

Cennifer Eniston uşaq vaxtı onu tərk edən atası ilə barışıb
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Cennifer Eniston atası Con Enistonla barışıb.

Axşam.az xəbər verir ki, 88 yaşlı aktyor "Həyatımızın günləri" serialındakı Viktor Kiriakis obrazına görə "Emmi" mükafatına layiq görülüb. Con 1965-ci ildən yayım ekran işində bu rolu 37 ildir canlandırır.

Gecədə yaşanan maraqlı məqamlardan biri isə aktyorun qızı Cenniferin mərasimə onlayn qoşulması və atasını təbrik etməsi olub.

Xatırladaq ki, aktrisa atası ilə bir müddət küsülü olub. Cennifer müsahibələrinin birində etiraf edib ki, uşaq vaxtı ailəsində yaranan problemlərin şahidi olub. Valideynləri onun 9 yaşı olanda boşanıblar. Aktrisanın sözlərinə görə, bir dəfə atası vidalaşmadan onları tərk edib. Cennifer rəfiqəsinin ad günündən qayıdanda artıq o, evdə olmayıb. Con 1 ildən sonra qızı ilə əlaqə saxlayıb. Uzun müddət onu bağışlamayan Cennifer anasının ölümündən sonra, pandemiya dövründə yenidən atası ilə yaxınlaşıb.

Qeyd edək ki, Enistonun anası, aktrisa Nensi Dou 2016-cı ildə 79 yaşında vəfat edib.