Qalkin Puqaçovanın gizli çəkilən fotosunu yaydı

Qalkin Puqaçovanın gizli çəkilən fotosunu yaydı
2475 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Maksim Qalkin həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçovanın şəklini yayımlayıb.

Axşam.az xəbər verir ki, fotonu cütlüyün qızı Liza çəkib. Aparıcının instaqramda yerləşdirdiyi şəkildə Puqaçova makiyajsızdır.

İzləyiciləri müğənninin nə qədər gənc görünməsinə heyran olduqlarını yazıblar. Norveçli müğənni Aleksandr Rıbak isə ona "Həmişəki kimi zirvədəsiniz. Nə qədər parlaq" şərhini yazıb.

Xatırladaq ki, Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Maksim Qalkin və Alla Puqaçova övladları Harri və Liza ilə birlikdə şoumenin indi konsertlər verdiyi İsrailə uçub. Puqaçovanın sözlərinə görə, gediş yalnız müvəqqətidir - cütlük payıza qədər Rusiyaya qayıtmağı planlaşdırır.