Gəlinliyi 384 saata hazırlanıb - Fotolar

Gəlinliyi 384 saata hazırlanıb - Fotolar
1027 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ən varlı şəxslərindən olan Hacı Sabancı və Nazlı Kayı cütlüyünün toyu gündəmdən düşmür.

Axşam.az xəbər verir ki, sevgililər ötən il nişanlanıb, oktyabrın 10-da Arzu-Ömer Sabancının villasında nikah masasına oturub. Bir neçə gün əvvəl isə onlar Çırağan sarayda dəbdəbəli toy edib.

Nazlı Sabancı xüsusi olaraq onun üçün hazırlanan Zuhair Murad imzası olan gəlinlik geyinib. Sabancı toydan sonra partidə isə onun üçün özəl hazırlanan "Vivienne Westwood Couture"dan olan gəlinlik geyinib.

Gəlinlik 384 saata hazırlanıb. 4 modelyerin əsəri olan gəlinlik "Vivienne Westwood"un yaz-ya-1998 kolleksiyasındakı “Pirate Bride”a uyğun hazırlanıb.