Yuri Şatunovla vida mərasimi keçirilib - Fotolar

Yuri Şatunovla vida mərasimi keçirilib - Fotolar
2235 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ласковый май" qrupunun solisti, mərhum müğənni Yuri Şatunovla vida mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, ifaçının həyat yoldaşı Svetlana övladları ilə birlikdə sənətçi ilə vidalaşmaq üçün ötən gün Moskvaya gəlib. Bu barədə ifaçının direktoru Arkadi Kudryaşov məlumat verib. O bildirib ki, qızı atasının öldüyünə inanmır. 

"Vida və dəfn mərasimində ailə və dostlardan başqa heç kim olmayacaq. Külün bir hissəsi Moskvada basdırılacaq" deyə, Kudryaşov bildirib.

Troekurovski qəbiristanlığının dəfn zalında baş tutan Yuri Şatunovla vida mərasimi altı saat davam edib. Əvvəlcə müğənni ilə vida mərasiminin Moskva vaxtı ilə saat 10:00-dan 15:00-a kimi baş tutacağı bildirilsə də, daha bir saat uzadılıb.

Şatunovun yaxınları onun cəsədini yandırmaq qərarına gəliblər. Onun iyunun 28-də Troekurovski qəbiristanlığında dəfn edilməsi planlaşdırılır. Kudryaşov daha sonra külünün bir hissəsinin Almaniyada basdırılacağını bildirib. Nümayəndənin sözlərinə görə, müğənninin özü sağlığında bunu istəyib. Onun ailəsi Almaniyada yaşayır.

Qeyd edək ki, Yuri Şatunov iyunun 23-də 48 yaşında kəskin ürək çatışmazlığından vəfat edib.