Cahide Sonkunun həyatını o, canlandıracaq - Foto

Cahide Sonkunun həyatını o, canlandıracaq - Foto
557 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk kinosunun ilk qadın kinorejissoru, prodüsseri və aktrisası Cahide Sonkunun həyatı film olacaq.

Axşam.az xəbər verir ki, ekran işində mərhum aktrisanı Serenay Sarıkayanın canlandıracaq. Artıq bununla bağlı təklif aktrisaya təqdim olunub. 

Layihənin 2023-cü ildə izləyicilərə təqdim olunması gözlənilir. Ekran işi Eyüphan Erkulun "Cahide: melekler yeryüzünde yaşayamaz" romanı əsasında çəkiləcək. Filmin rejissor kürsüsündə Özcan Alper əyləşəcək.

Qeyd edək ki, Serenay bundan əvvəl "Bergen" filmindəki roldan imtina etmişdi. Bu səbəbdən "acıların qadını" kimi tanınan, 30 yaşında olarkən əri Halis Serbes tərəfindən öldürülən müğənni Bergenin həyatını Farah Zeynep Abdullah canlandırmışdı.