Şahzadənin oxuduğu məktəbdəki zorakılıqlar filmdə ifşa olundu

Şahzadənin oxuduğu məktəbdəki zorakılıqlar filmdə ifşa olundu
842 dəfə oxunub
  • A-
  • A
  • A+

Danimarka kral ailəsi şahzadə Kristianın Kopenhagen yaxınlığındakı nüfuzlu "Herlufsholm" internat məktəbindən çıxarılacağını açıqlayıb.

Axşam.az xəbər verir ki, bununla bağlı vəliəhd şahzadə Frederik və həyat yoldaşı Meri bəyanat yayaraq məktəbdəki mövcud vəziyyəti pisləyiblər:

"Bu, bizim üçün çətin bir proses oldu. Lakin ümumi mənzərəyə və vəliəhd kimi xüsusi mövqeyimizə əsaslanaraq qərara gəldik ki, şahzadə Kristian "Herlufsholm"da təhsilini dayandıracaq. O, şahzadə İzabella yaydan sonra burada dərsə getməyəcək.

Daha əvvəl qeyd etdiyimiz kimi, Herlufsholm ilə bağlı son xəbərlər bizi dərindən sarsıtdı. Biz məktəbdən qəbuledilməz şərtləri düzəltmək üçün əlindən gələni edəcəyini gözləyirik".

Buna səbəb bu təhsil ocağında tələbələrin zorakılığa məruz qalması ilə bağlı xəbərlər olub. Ötən ay “Herlufşolmun sirləri” adlı sənədli film nümayiş etdirilib və orada 50 keçmiş tələbə təhsil müəssisəsində qarşılaşdığı zorakılıqdan danışıb. Onlar böyük tələbələrin kiçikləri vurduğunu, həmçinin, işçilərin bu tip hadisələrə göz yumduğu bildirilib.

Kral ailəsinin nümayəndələri yayda uşaqlarla birlikdə təhsillərini harada davam etdirəcəklərinə qərar verəcəyini açıqlayıb. 

Qeyd edək ki, sənədli film son 30 ildə “Herlufsholm”da baş verdiyi iddia edilən zorakılıq və qanun pozuntularından bəhs edir. Ekran işinin yayımlanmasından sonra direktor işdən çıxarılıb. 

Onu da qeyd edək ki, Frederik və Merinin 16 yaşlı böyük oğlu və 15 yaşlı qızı ilə yanaşı, Cozefina və Vinsent adlı 11 yaşlı əkiz uşaqları da var.