"Vəsiyyət edəcəkdim ki, atımın yanında dəfn olunum, amma..."

"Vəsiyyət edəcəkdim ki, atımın yanında dəfn olunum, amma..."
3109 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gecə xəstəxanada dünyasını dəyişən Cüneyt Arkının vəsiyyəti bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atlara olan sevgisi ilə də tanınan Arkın qatıldığı verilişlərin birində "Vəsiyyət edəcəkdim ki, atım Hasretin yanında dəfn olunum, amma sonra səhv başa düşüləcəyindən qorxdum. Məni valideynlərimin yanında dəfn edin" deyib.

Qeyd edək ki, aktyor 85 yaşında vəfat edib.